Nomrem!
  • Sual-Cavab
  • Nömrəm.az — nömrələr üzrə interaktiv axtarış sisteminə xoş gəldiniz!

     

    Bu bölümdə istifadəçilər tərəfindən verilə biləcək standart sualların cavabları dərc edilir. Aşağıda qeyd edilən suallardan savayı yarana biləcək hər hansı bir sual və ya problemlə bağlı müştəri xidmətlərimizlə əlaqə saxlayın.

     

    Nömrəm.az axtarış sistemi nədir və nə üçün nəzərdə tutulur?

    — Nömrəm.az axtarış sistemi xüsusi evristik analiz vasitəsilə telefon nömrələri bazası üzrə (yalnız satış üçün nəzərdə tutulan) axtarış aparan xüsusi bir sistemdir.

     

    Nömrəm.az axtarış bazasına öz nömrəmi necə əlavə edə bilərəm?

    — Hər bir nömrə sahibi Nömrəm.AZ axtarış sisteminə sahibi olduğu nömrəni (satış məqsədilə) əlavə edə bilər. Bunun üçün "Nömrə əlavə et" bölümünə daxil olun. Göndərilən nömrə sayt administrasiyası tərəfindən nəzərdən keçiriləcək və "Qaydalara" uyğun olduğu halda 24 saat ərzində axtarış bazasına əlavə ediləcək.

     

    Nömrəm.az axtarış bazasına nömrə əlavə etmək pullu xidmətdirmi?

    Nömrəm.az axtarış bazasına nömrə əlavə etmək pullu xidmətdir.

    1. 3622 qısa nömrəsinə göndərilən hər sms-in dəyəri 1 AZN-dir  (ƏDV daxil).

    2. 222  qisa nömrəsinə göndərilən hər sms-in dəyəri  5 AZN-dir (Xüsusi təkliflər üçün, ƏDV daxil).

     

    Əlavə edəcəyim nömrənin statusunu (Sadə, Gümüş, Qızıl, Platinum) necə təyyin edə bilərəm?

    — Nömrələr üzrə statusun təyyin edilmə hüququ yalnız sayt administrasiyasına məxsusdur.

     

    Əlavə edilmiş nömrəm satıldığı halda axtarış bazasından onu necə poza bilərəm?

    — Bunun üçün nömrə sahibi "Nömrəni poz" bölümünə daxil olub, təqdim edilmiş formanı doldurmalıdır. Sorğu göndərilən andan etibarən 24 saat ərzində "Qaydalara" uyğun olduğu halda nömrə axtarış bazasından pozulacaq.

     

    Sayta əlavə olaraq daha hansı ünvanladan daxil ola bilərəm?

    — İstifadəçilərimizin rahatlığını nəzərə alaraq, nomrem.az ünvanından əlavə axtarış sistemimiz daha 3 ünvanda aktivdir -- www.222.az, www.nomre.azwww.nomrem.com.

Geri dön
Nomrem!
© 2017, Nomrem.az. Saytın istehsalı Shukurzade & Company